Bakıda tanınmış alim yol qəzasında öldü - <span style="color:red;">YENİLƏNİB
16 may 2017 14:00 (UTC +04:00)

Bakıda tanınmış alim yol qəzasında öldü - YENİLƏNİB

0

 

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də saat 8 radələrində Nərimanov rayonu A.M.Cümə küçəsində Bakı şəhər sakini Vasif Hacızadə idarə etdiyi "Toyota" markalı avtomobili yolun kənarında dayanmış "Hyundai" markalı avtomobilə vurub və nəticədə həmin avtomobildə olan sürücü Elman Əliyev hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, E.Əliyev texnika elmləri namizədi, tanınmış alimdir.

 

 

*****

 

 

10:10

 

Dünən səhər saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş ağır qəzada vəfat edən 76 yaşlı Elman Əliyevin elm adamı olduğu üzə çıxıb. Lent.az xəbər verir ki, Aşıq Molla Cümə küçəsində "Toyota" markalı 90 XD 220 nömrəli maşının yolun kənarında dayanmış "Hyundai" markalı, 10 LA 357 dövlət nömrə nişanlı avtomobilə çırpılması nəticəsində vəfat edən E.Əliyev texnika elmləri namizədi, dosent olub. O, "Hyundai" markalı avtomobili ilə səhər saatlarında işə gedirmiş.

 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

*****

 

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda "Toyota" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1941-ci il təvəllüdlü Əliyev Elman Bəhman oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar