Bakıda 26 yaşlı gənc güllələndi - YENİLƏNİB
07 sentyabr 2017 10:40 (UTC +04:00)

Bakıda 26 yaşlı gənc güllələndi - YENİLƏNİB

Ötən gecə Bakıda tanışını güllələyən şəxs tutulub. Lent.az xəbər verir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsi Gülüstan küçəsində 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlunu güllələyən şəxsin Dəmirli Mikayıl Hüseyn oğlu olması müəyyən edilib və o tutulub. M.Dəmirlinin hadisə vaxtı istifadə etdiyi silah götürülüb.

 

Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. E.Məhərrəmov əvvəllər Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə məhkum edilib.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

Qeyd edək ki, E.Məhərrəmov özəl klinikalardan birinə köçürülüb. 

 

*****

 

02:06

 

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

 

APA-nın məlumatına görə, hadisə Balaxanı qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Məhərrəmov Etibar Məhərrəm oğlu sol qolundan dəlib keçən güllə yarası alıb.

 

Çoxlu qan itirən E. Məhərrəmov özü polisə məlumat verib və xəstəxanaya gəlib. Yaralı vəziyyəti ağır olduğundan yaxınları tərəfindən özəl klinikalardan birinə köçürülüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. 12-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. İlkin ehtimala görə, 26 yaşlı Etibar Məhərrəmov tanışı tərəfindən güllələnib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229

Oxşar yazılar