Bakıda 23 yaşlı oğlan itkin düşüb. Yasamal rayon Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Hüseyn Cavid küçəsi, mənzil 31-də yaşayan 1989-cu il təvəllüdlü Nəcəfov Elvin Ramiz oğlu yoxa çıxıb. Ailəsindən bildiriblər ki, Elvin Nəcəfov yanvarın 10-u, saat 12 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.