Bakıda çempion qızı maşın belə vurub öldürdü - <span style="color:red;"> VİDEO
29 iyun 2017 14:03 (UTC +04:00)

Bakıda çempion qızı maşın belə vurub öldürdü - VİDEO

Dünən Bakı şəhəri Xətai rayonu Zığ şosesində "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşının 22 yaşlı Reyhan Məmmədovanı vurub öldürdüyü hadisənin videosu yayılıb. Lent.az həmin görüntüləri təqdim edir.

 

Qeyd edək ki, R.Məmmədova idmançı - Azərbaycan çempionu olub. O, piyada keçidi ilə yolu keçməyə çalışarkən məlum hdisə ilə üzləşib.

 

 

*****

 

11:23

 

Dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla vurulan və hadisə yerində vəfat edən 22 yaşlı Reyhan Məmmədova tanınmış idmançı imiş.

 

Lent.az-ın BakuPost.az-a istinadən xəbərinə görə, Reyhan Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion olub. 

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı təsdiqləyib. O bildirib ki, R. Məmmədova bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.

 

 

***

 

10:15

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149

Oxşar yazılar