Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsin məhkəməsi başladı
31 mart 2015 16:47 (UTC +04:00)

Bakıda 21 yaşlı gənci bıçaqlayan şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən Tural Baratovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Tural Baratovun anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 7-nə təyin edilib.

 

Qeyd edək ki, Tural Baratov ötən ilin dekabrın 3-də, saat 21:00 radələrində, Oruc Əliyev küçəsində şəxsi münaqişə zəminində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əli İsayevə bıçaqlayıb.


Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Baratov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Səlcuq Elçin

Oxşar yazılar