Bakıda 14 yaşlı oğru tutulub
24 noyabr 2015 11:42 (UTC +04:00)

Bakıda 14 yaşlı oğru tutulub

0

Bakıda axtarışda olan şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 13-də Bülbülə qəsəbəsi S.Əliyev küçəsində Bakı şəhər sakini Amil Fərzəliyevə məxsus «VAZ-2107» markalı avtomobildən, açıq qapıdan keçməklə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1998-ci il təvəllüdlü Babaxan Bağırov və 2001-ci il təvəllüdlü İsmayıl Babayev tutulub.  

 

Bundan başqa Xətai RPİ CAŞ və PPXB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1995-ci il təvəllüdlü Ağa Musayev tutulub. Həmçinin, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1994-cü il təvəllüdlü Ağaqulu Nağıyev tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar