Bakıda 20 metrlik ağac evlərin üzərinə aşdı
18 noyabr 2015 02:12 (UTC +04:00)

Bakıda 20 metrlik ağac evlərin üzərinə aşdı

0

Bakıda güclü külək hündür ağacı evlərin üzərinə aşırıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  paytaxtda əsən güclü küləyin təsirindən hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb. Əraziyə cəlb edilmiş FHN xilasediciləri və Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma  İdarəsinin əməkdaşları ilə birgə təhlükə yaradan ağacı xüsusi alət vasitəsilə kəsib, sakinlərinin təhlükəsizliyini təmin ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar