Bakıda 18 yaşlı hamilə qadın özünü binadan atdı
11 dekabr 2015 13:28 (UTC +04:00)

Bakıda 18 yaşlı hamilə qadın özünü binadan atdı

0

Dekabrın 9-da axşam saatlarında Bakıda intihara cəhd olub. Lent.az-ın məlumatına görə, Xətai rayonu Mehmandarov küçəsi bina 2, mənzil 18 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü 4-cü mərtəbədəki mənzilin eyvanından atıb. O, ağır vəziyyətdə “Azərsutikinti” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

İlkin araşdırma nəticəsində 18 yaşlı  X.Aşurovanın qısqanclıq zəminində həyatına qəsd etdiyi məlum olub.

 

X.Aşirovanın qohumları publika.az-a bildirib ki, qadının vəziyyəti ağırdır.

 

Onların sözlərinə görə, dünən qadının bətnindəki körpə öldüyündən əməliyyatla götürülüb.

 

Qadının ayaqları sınıb və o, bu gün növbəti dəfə əməliyyat olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar