Bakıda 18 və 20 yaşlı qızlar itkin düşüb
19 iyun 2017 15:24 (UTC +04:00)

Bakıda 18 və 20 yaşlı qızlar itkin düşüb

Bakıda 2 qız itkin düşüb. Lent.az xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Səlimə Almazovanın (adlar şərtidir) valideynləri polisə müraciət edərək onun itkin düşməsi barədə məlumat veriblər. Bundan başqa, Xətai rayonu Əbilov küçəsində yaşayan 1997-ci il təvəllüdlü İlhamə Məmmədlinin də itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

 

Hər iki qızın xarakterik əlamətləri və fotoları polisə təqdim edilib. Axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174

Oxşar yazılar