Bakıda 17 yaşlı oğlan qadına hücum etdi - FOTO
30 may 2017 09:52 (UTC +04:00)

Bakıda 17 yaşlı oğlan qadına hücum etdi - FOTO

Bakıda soyğunçuluqla məşğul olan 17 yaşlı oğlan tutulub. Lent.az xəbər verir ki, S.Vurğun küçəsi 112 ünvanın qarşısında Xızı rayon sakini, 2000-ci il təvəllüdlü Allahquliyev Rzaqulu Vaqif oğlu paytaxt sakini, 1976-cı il təvəllüdlü Eminova Sədaqət Əliqulu qızına hücum edərək onun əlindən 682 manat pul, dəyəri 300 manat olan “Samsung” mobil telefonu və bir ədəd bankomat kartını alaraq qaçmaq istəyib. Bu zaman ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə idarəsinin əməkdaşları R.Allahquliyevi tutaraq 20-ci Polis Bölməsinə təhvil veriblər.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193

Oxşar yazılar