Bakıda 17 yaşlı oğlan intihara cəhd edib. Lent.az xəbər verir ki, Yasamal rayonu A.Ağayev küçəsində yaşayan 2000-ci il təvəllüdlü Hacıyev Faiq İslam oğlu evdə çoxlu dərman tabletləri içərək özünü zəhərləyib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib.
17 yaşlı oğlanın hansı səbəbdən həyatına son qoymaq istədiyi araşdırılır.