Bakıda 15 yaşlı quldur yaxalandı <span style="color:red;">- RƏSMİ MƏLUMAT
28 fevral 2015 13:19 (UTC +04:00)

Bakıda 15 yaşlı quldur yaxalandı - RƏSMİ MƏLUMAT

0

Bakıda 15 yaşlı şəxs quldurluq edib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 26-da saat 17 radələrində, S.Rəhimov küçəsində Bakı şəhər sakini Fuad Ramazanova qarşı fiziki təzyiq göstərərək mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 2000-ci il təvəllüdlü Heydər Arif oğlu Fərmanov və 1996-cı il təvəllüdlü Ziya Tofiq oğlu Məhərrəmzadə müəyyən oluraq tutulublar.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar