Bakıda 15 yaşlı qız itkin düşüb. Lent.az-ın məlumatına görə, Yasamal rayon sakini olan 2000-ci il təvəllüdlü Fəridə Məlikova (ad və soyad şərtidir) noyabrın 23-də saat 19 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları F.Məlikovanın xarakterik əlamətlərini polisə təqdim edib.
Yasamal rayon Polis İdarəsi, 29-cu Polis Bölməsi 15 yaşlı qızın tapılması istiqamətində iş aparır.