<b>Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxıb</b>
23 iyun 2017 14:15 (UTC +04:00)

Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxıb

Bakıda iki qız itkin düşüb. Lent.az xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yaşayan 2003-cü il təvəllüdlü Lalə Musayeva (adlar şərtidir) iyunun 20-də saat 14 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Qaradağ rayonu Korgöz qəsəbəsində yaşaayan 1998-ci il təvəllüdlü Xalidə Vəliyevanın da itkin düşməsi ilə bağlı polisə müraciət edilib.

 

Hər iki qızın valideynləri onların fotolarını və xarakterik əlamətlərini polisə təqdim edib.

 

Axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153

Oxşar yazılar