Bakıda 12 yaşlı oğlan vurulub
27 dekabr 2012 12:40 (UTC +04:00)

Bakıda 12 yaşlı oğlan vurulub

0

Dekabrın 26-da Bakıda 12 yaşlı oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 17.50 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini 12 yaşlı Orxan Xəlilov vurulub.

 

Nəticədə xəsarət almış uşaq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1479

Oxşar yazılar