Bakıda külli miqdarda yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilib. Lent.az Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Abşeron və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Naib Əsədullayevdən, Cavid Fərəcovdan və Ramil Quliyevdən ümumilikdə 10632 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
Axtarış tədbirləri davam etdirilir.