Bakı tıxac içində
19 mart 2014 18:24 (UTC +04:00)

Bakı tıxac içində

Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.


 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, paytaxtın əksər küçə və prospektlərində yaranan tıxac Novruz bayramı ilə əlaqədardır.

 

Tıxacın əsasən Tbilisi, Babək, Azadlıq prospektlərində, habelə Bayraq meydanından şəhər istiqamətinə, Bakı-Sumqayıt şosesi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Rəşid Behbudov küçələrində müşahidə edildiyi bildirilib.

 

Sürücülərə həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri tövsiyə olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1208
avatar

Oxşar yazılar