Bakı sakini anasını və qardaşını döyə-döyə öldürüb
14 mart 2013 11:07 (UTC +04:00)

Bakı sakini anasını və qardaşını döyə-döyə öldürüb

Bakı şəhərinin Xəzər rayonu ərazisində ana və oğlunun meyitinin tapılmasından sonra aparılmış araşdırmalar nəticə verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 12-si saat 22:20 radələrində Pirallahı qəsəbəsində yaşayanlar Lidiya Abışova və oğlu Yuriy Surxayeviçin üzərində zorakılıq əlamətləri olmayan meyitləri aşkar olunub. Xəzər RPİ CAŞ və 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən həmin ailənin üzvü Oleq Abışov tutulub və o, bildirib ki, anası və qardaşını fevralın 11-də döyərək öldürüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2851
avatar

Nizam Rza

Oxşar yazılar