Bakı polisi əhaliyə müraciət etdi
18 sentyabr 2015 11:12 (UTC +04:00)

Bakı polisi əhaliyə müraciət etdi

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az  Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də saat 10 radələrində Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Bəhruz Bayramovun əl çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Tariyel Etibar oğlu Məmmədov tutulub. Şübhəli şəxsin üzərindən 1 ədəd bıçaq və oğurlanan mobil telefon maddi subut kimi aşkar olunaraq götürülüb. T.Məmmədov ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, o, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda xüsusilə, cibgirlik yolu ilə bir sıra oğurluq əməlləri törədib. Cinayət Məcəlləsinin 177,1, 180,1-ci maddələri ilə ayırı-ayırılıqda iki dəfə məhkumluğu olan şübhəli şəxs ətrafında istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Bu şəxsi tanıyanlardan, onun başqa təhlükəli əməllərinin şahidi olanlardan, onun əməllərindən zərər çəkənlərdən Bakı şəhər Bas Polis İdarəsinə, yaxud 102 Zəng –Mərkəzinə məlumat vermələri xahiş olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 85
avatar

Oxşar yazılar