Bakı-Sumqayıt yolunda eyni gündə ikinci qəza
18 noyabr 2015 16:27 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda eyni gündə ikinci qəza

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 13:48-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar