Bakı-Sumqayıt yolunda "Mitsubishi Pajero" piyadanı vurdu
07 yanvar 2015 02:36 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda "Mitsubishi Pajero" piyadanı vurdu

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. "Mitsubishi Pajero" markalı avtomobil yolu keçmək istəyən piyada, 35 yaşlı Səid Həmid oğlu Abdullayevi vurub. Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Faktı Baş Dövlət Yol Polisi İdarəsi araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184

Oxşar yazılar