Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, Bakı-Sumqayıt yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı Məhərrəm Əsgərovu vurub. Yaralını sürücü özü xəstəxanaya çatdırıb. Həkimlər piyadanın qəza nəticəsində kəllə-beyin travması aldığını bildiriblər. Hadisə yerinə müstəntiq gəlib. Sürücünün ifadəsi alınıb. Sürücü bildirib ki, öz yolu ilə hərəkətdə olarkən dayanacaqda dayanan avtobusun qarşısından qəfil piyada çıxıb. O da avtomobili saxlaya bilməyərək piyadanı vurub. Faktla əlaqədar araşdırmalar aparılır.

Bakı-Sumqayıt yolunda "Mercedes" piyadanı vurdu
Oxşar yazılar

Bakıda evdə partlayış: Yaralıların vəziyyəti ağırdır - VİDEO -YENİLƏNİB
2 mart 2025 , 13:07
Ağcabədidə evdə yanğın-Xəsarət alan var
2 mart 2025 , 11:19
Dəm qazından daha bir qadın öldü
2 mart 2025 , 09:06
Lənkəranda ağır qəza, 4 nəfər yaralandı
2 mart 2025 , 03:39
Naxçıvanda avtomobil iki yeniyetməni vurdu
2 mart 2025 , 01:38
Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını döydü
2 mart 2025 , 01:10
Lənkəranda yük maşını çaya düşdü
1 mart 2025 , 22:51