Sumqayıt şəhərində Bakı-Quba yolunun 35-ci kilometrliyində “OPEL” markalı minik avtomobili və “KİNG LONG” markalı avtobus toqquşub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə “Opel” markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb.
Həmin avtomobildə olan 1949-cu il təvəllüdlü 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əməliyyat saat 08:03-də başa çatıb.