21 yaşlı Nurlan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az-ın məlumatına görə, cinayət işinin istintaqı Sabunçu rayon prokurorluğunda başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Artıq iş həmin məhkəmənin hakimi Mirzə Xankişiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 11-ə təyin edilib.
Qeyd edək ki, qətl keçən il keçən il sentaybrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində baş verib.
21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.
N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.
Hüquq mühafizə orqanları tərəfindən Nurlan Quliyev tutulub. On Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.