10 yaşlı Röyal necə öldü? - FACİƏNİN TƏFƏRRÜATI
07 fevral 2017 15:49 (UTC +04:00)

10 yaşlı Röyal necə öldü? - FACİƏNİN TƏFƏRRÜATI

 

Şəmkirdə 10 yaşlı uşağın faciəvi şəkildə ölümünün təfərrüatı məlum olub.

 

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Röyal Qasımov evlərinin qarşısındakı küçədə ağacdan asılan kəndirlə oynayırmış. Həmin kəndir 7-8 aydır ağacdan asılıbmış. Həyətdə oynayan 10 yaşlı Röyal Qasımov həmin kəndirlə yellənməyə başlayıb. Bir müddət sonra kəndirlə başqa oyun oynayan azyaşlının boğazına kəndir dolanıb. Həmin vaxtı məhəllədə heç kim olmayıb. Bir müddət sonra uşağın boğulduğunu görən qonşu təcili olaraq onu xəstəxanaya çatdırsa da, 10 yaşlı Röyalın həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Röyal evin iki övladından biridir. O, 4-cü sinif şagirdi olub.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

******

12:03

Şəmkir şəhərində yaşayan azyaşlı faciəvi şəkildə dünyasını dəyişib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, fevralın 6-da Şəmkir şəhərində yaşayan 10 yaşlı Röyal Qasımov həyətlərində ağacdan asılan kəndirlə oynayarkən ehtiyatsızlıqdan kəndir boğazına dolandığından boğularaq ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Səlcuq Elçin

Oxşar yazılar