AzTV sədri Arif Alışanov tanınmış jurnalist Qulu Məhərrəmlini məhkəməyə verib.
Bu barədə Lent.az-a vəkil Rəşid Hacılı məlumat verib. Rəşid Hacılının sözlərinə görə, AzTV sədri Arif Alışanov Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən Qulu Məhərrəmli barəsində Nəsimi rayon Məhkəməsinə müraciət edib. AZTV sədri bu maddələrlə Qulu Məhərrəmli barəsində cinayət işi başlanmasını tələb edir.