Azərbaycanda gənc teatrşünas ailəsi ilə birgə dəhşətli qəzaya düşdü
17 iyul 2017 09:59 (UTC +04:00)

Azərbaycanda gənc teatrşünas ailəsi ilə birgə dəhşətli qəzaya düşdü

Xızı rayonunda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Xızı-Altıağac yolunun 12-ci kilometrliyində 10 MX 002 dövlət nömrə nişanlı "Range Rover" ilə 90 MO 770 qeydiyyat nişanlı "Hyundai" toqquşub. Nəticədə "Hyundai"ı idarə edən Faiq Cəfərovla anası Elmira Cəfərova ağır bədən xəsarətləri alıb. Sürücünün qardaşı, 29 yaşlı Niyaz Cəfərov isə vəfat edib.

 

Qeyd edək ki, Niyaz Cəfərov gənc teatrşünasdır və "Kaspi" qəzetinin "Teatr" əlavəsinin müəlliflərindən olub. Ailəli olan Niyaz Cəfərovun bir azyaşlı qızı var.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129

Oxşar yazılar