İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi Bəhruz Zae Mirzae Trend-ə bildirib ki, yanmış avtobusda 29 Azərbaycan vətəndaşı olub, onlar da Məşəd ziyarətindən vətənə qayıdırmışlar. Onun sözlərinə görə, yanğın nəticəsində ciddi xəsarət alanlar arasında azərbaycanlılar yoxdu, ancaq 9 Azərbaycan vətəndaşının xarici pasportu yanıb.
Mirzae bildirib ki, pasportu yanmış şəxslərin vətənə qayıdması üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə müvafiq işlər görülür. İranın xarici işlər nazirinin Ərdəbil əyalətindəki nümayəndəsi bildirib ki, Azərbaycanlı zəvvarlar üçün avtobus tutulub və yaxın zamanda onlar Azərbaycan sərhədini keçəcəklər.
Qeyd edək ki, azərbaycanlı zəvvarlarının da olduğu İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb.
`````
14:22
Azərbaycanlı zəvvarları İraqın Kərbəla şəhərinə ziyarətə aparan avtobus İranın Ərdəbil əyalətində yanıb. Hadisə nəticəsinə sərnişinlərdən 41 nəfəri xəsarət alıb. Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı xəbəri İSNA agentliyi yayıb.
İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Hüseyn Derəxşan agentliyə deyib ki, avtobusda yanğın yerli vaxtla saat 03:35 radələrində Ərdəbil şəhərindən Zəncan istiqamətinə hərəkət edərkən baş verib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan dörd nəfərinin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib, 37 nəfər isə yüngül xəsarət aldıqları üçün ambulator müayinə olunublar.