Azərbaycanlı qızları xaricdə "satan" Təranədən YENİ XƏBƏR
30 may 2019 09:57 (UTC +04:00)

Azərbaycanlı qızları xaricdə "satan" Təranədən YENİ XƏBƏR

İnsan alverində təqsirləndirilən Təranə Nemətovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, təqsirləndirilən qadın barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

 

Qeyd edək ki, cinayət işi üzrə 3 zərərçəkmiş qadın var. İttihama görə,  T. Nemətova həmin qadınların etibarından sui-istifadə edərək xarici ölkələrə aparıb və cinsi istismara məruz qoyub.

Ona Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583
avatar

Səlcuq Elçin

Oxşar yazılar