Azərbaycanlı qadını terrorçuluqda ittiham edib vətəndaşlıqdan çıxardılar - <span style="color:red;">TÜRKİYƏDƏ
23 noyabr 2015 10:30 (UTC +04:00)

Azərbaycanlı qadını terrorçuluqda ittiham edib vətəndaşlıqdan çıxardılar - TÜRKİYƏDƏ

0

Türkiyədə yaşayan azərbaycanlı qadın terrorçuluqla ittiham edilərək bu ölkənin vətəndaşlığından çıxarılıb. Lent.az xəbər verir ki, 8 il əvvəl Türkiyəyə gedən Sevinc İsmayılova bu ölkədə ailə qurduqdan sonra Sevinç Atakay adı ilə vətəndaşlıq alıb. İki uşaq anası olan Sevinc ailə münaqişəsi ilə zəminində həqarət ittihamı ilə 6 ay 7 gün müddətinə həbs edilib. Bu qərarla birlikdə Sevinc Atakay Türkiyə Cümhuriyyəti vətəndaşlığından da çıxarılıb.

 

Azərbaycanlı qadın bildirib ki, ailə münaqişəsi zəminində məhkəməyə düşsə və həbs edilsə də, ona terrorçuluqda bağlı ittiham irəli sürülür: “Mənə yenidən 2 il burda qalmaq üçün icazə verildi. Vətəndaş kimi buradakı seçkidə səs də verdim. Daha əvvəl ittiham olunmamışam. Amma indi vətəndaşlıqdan çıxarıldığım bildirilib. Böyüdüləcək əhəmiyyətli bir cinayətim yoxdur. Türkiyə vətəndaşılığında qalmaq istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 251

Oxşar yazılar