Azərbaycanlı “qanuni oğru” Koroğlu Məmmədov Rusiya məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Lent.az-ın məlumatına görə, bu barədə “aznews” Rusiya mətbuatına istinadən məlumat verib.
Məlumata əsasən Nijni Taqil məhkəməsinin qərarı ilə “Karo” ləqəbli “qanuni oğru” Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin b bəndi ilə ittiham olunub.
Belə ki, 2009-cu ildə K.Məmmədov özünün və həyat yoldaşının maraqlarından çıxış edərək Nigni Taqildəki topdansatış bazası üzərində nəzarəti ələ almaq istəyib. Həmin il müəssisənin səhmlərini 10,6 faizi Karonun xanımına məxsus olub.
Sonradan Niji Taqil rəhbərliyi daha sonralar adı dəyişdirilərərk “Taqilloptorq” olan müəssisənin səhmlərini satışa çıxarılmasını qərara alıb. Həmin səhmləri Karonun alması gözlənilirdi. Ancaq bu zaman Taqildən olan başqa bir biznesmen də hərracda iştirak etmək istədiyini bildirib.
Meriyanın keçirdiyi hərraca qatılmaq istəyən biznesmen azərbaycanlı “qanuni oğru”nun planlarını pozub. Məmmədov həmin biznesmeni hərracda iştirakdan çəkindirməyə çalışıb, ancaq buna nail olmayıb. Qanuni yollarla səhmləri ala bilməyəcəyini görən Karo başqa üsula əl atıb.
18 avqustdan 25 oktyabradək olan müddətdə o, biznesmenin kabinetinə gedərək onu hədələyib və döyüb. Biznesmen hüquq-mühafizə orqanlarına müraciət edib və Karoya qarşı cinayət işi açılıb. Məhkəmənin sonunda o, cəzasının ümumi rejimli kaloniyada çəkməklə 8 il azadlıqdan məhrum edilib.
Əslən Gürcüstandan olan Koroğlu Məmmədov bundan əvvəl də məhkum edilib. O, Uralda Taqilin kriminal qruplaşmalarına nəzarət edib. 2004-cü ilə qədər isə Ded Xasanın bölgə üzrə “nümayəndəsi” olub. Ancaq kriminal aləmdə yaranan fikri ayrı-seçkiliyi nəticəsində Karo statusundan məhrum edildiyi barədə də məlumatlar yayılıb.