Yanvar ayında 113,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac etmişik
Bu ilin yanvar ayında Azərbaycanda qeydiyyatda olan hüquqi və fiziki şəxslər dünyanın 95 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıblar. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsi 3,5 milyard dollar təşkil edib.
Bunun 2,9 milyard dolları ixracın, 0,6 milyard dolları idxalın payına düşüb, 2,3 milyard dollarlıq müsbət saldo yaranıb. Xarici ticarət əməliyyatlarının üçdə iki hissəsi İtaliya, Rusiya, Hindistan, Böyük Britaniya, ABŞ, Tailand, Türkiyə, Avstriya və Portuqaliya dövlətləri ilə aparılıb.
Yanvar ayında qeyri-neft məhsullarının ixracı 113,7 milyon dollar dəyərində olub.