Son günlər cənub bölgəsində sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunur. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, hətta Cəlilabad rayonunda torpaq qatının bir neçə gündur ki, tədricən genişlənməsi ərazidə uçqun riski yaradıb.
Ölkə ərazisinə düşən intensiv yağıntılar rayonda torpaq sürüşməsinə səbəb olub. Rayonun Türkelli kəndində təpəlik ərazidə baş verən torpaq sürüşməsi ətraf ərazidəki evləri də təhlükə altında qoyub.
Ərazidəki torpaq qatını yeraltı suların yuyub aparması sürüşmə zonasında daha da təhlükəli hal yaradıb. Kənd sakinləri bunun əhatəsinin daha da genişlənə biləcəyindən narahatdırlar.
Ərazidəki torpaq qatında hər gün 20-30 sm genişlənmə müşahidə olunur. Sakinlərin sözlərinə görə, sözügedən ərazi sürüşməyə meyilli ərazi olsa da, burada indiki qədər təhlükəli vəziyət yaranmayıb.
Cəlilabad rayon FHK- sədri Asif Əzizov bildirib ki, son günlər rayonun bir çox bölgələrində olduğu kimi Türkelli kəndində də sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə edilib. Qurum rəsmisi həmin ərazilərə yenidən baxış keçiriləcəyini və lazımı qabaqlayıcı tədbirlər görüləcəyini bildirdi.
Azərbaycanda yer aralanır
100