Baş həkim vəzifəli şəxsin ölümündən danışdı - YENİLƏNİB - AÇIQLAMA
08 sentyabr 2017 15:16 (UTC +04:00)

Baş həkim vəzifəli şəxsin ölümündən danışdı - YENİLƏNİB - AÇIQLAMA

Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva Respublika Qan Bankının Bərdə bölməsinin müdiri İbrahim Muradovun düşdüyü yol qəzası ilə bağlı açıqlama verib. Lent.az-a danışan baş həkim bildirib ki, tanınmış həkimə mərkəzi xəstəxanada bütün lazımi tibbi yardımlar edilib: “Bədənində çoxlu sınıqlar var idi, qanaxma da davam edirdi. Səhərə qədər çox çalışdıq, amma təəssüf ki, xilas edə bilmədik”.

 

Baş həkim bildirib ki, İ.Muradov Bərdədə və ətraf rayonlarda təcili qana ehtiyacı olanlara həmişə operativ xidmət göstərib: “O gecə-gündüz işləyirdi, Hara qan lazım olurdusa, özü təşkil edirdi, bütün işə şəxsın nəzarət edirdi. Belə bir mütəxəssisin yerini doldurmaq çətin olacaq”.

 

 

*****

 

9:50

 

Bərdədə ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Bərdə-Ağdam yolunda “Mercedes E240” markalı avtomobil Bərdə Qan Bankının bölmə müdiri, 1959-cu il təvəllüdlü İbrahim Muradovu vurub. Ağır xəsarət alan bölmə müdiri xəstəxanada vəfat edib.

 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, hadisəni törədən sürücü saxlanılıb.

 

Qeyd edək ki, İ.Muradovun rəhbərlik etdiyi qan bankı cəbhədə yaralanan hərbçilərin müalicəsində müstəsna rol oynayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar