Azərbaycanda qız oğurlanıb: polis əməliyyat keçirib
23 avqust 2013 14:05 (UTC +04:00)

Azərbaycanda qız oğurlanıb: polis əməliyyat keçirib

Avqustun 19-da Zaqatala rayonunun Muxax kənd sakini İslam Məmmədov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün qızı Qəndabın Filqət adlı şəxs tərəfindən evlənmək məqsədi ilə oğurlanmasını bildirib.  Lent.az-ın Daxili İşlər Nazirlıiyinin saytına istinadən verdiyi məlumata görə, faktla əlaqədar cinayət işi başlanıb. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədovanın Faldarlı kənd sakinləri Rövlan Əliyev, Filqət Mustafayev, Vüsal və Nail adlı şəxslər tərəfindən oğurlanıb həmin kənd sakini Şahin Abdullayevin evində saxlanılması müəyyən edilib. 

R.Əliyev  tutulub, digərlərinin də saxlanılması üçün tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3241
avatar

Oxşar yazılar