Azərbaycanda partiya sədrinin məhkəməsi başladı
10 yanvar 2018 11:02 (UTC +04:00)

Azərbaycanda partiya sədrinin məhkəməsi başladı

 

"Azərbaycan Karlar Cəmiyyəti"nin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Tukanovun vəkili vəsatələ çıxış edərək müvəkkilinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib: "Tukanov şəkər xəstəsidir. Oğlu əlildir, özü Qarabağ müharibəsi veterandır. Yaşı da göz qabağındadır. Xahiş edirik, vəsatəti təmin edəsiniz".

 

Prokuror vəsatətin təmin edilməməsini istəyib.

 

Vəsatət təmin edilməyib.

 

 

Məhkəmə baxışı yanvarın 17-ə təyin edilib.

 

 

Qeyd edək ki, vətəndaşların müraciətləri əsasında İctimai Birliyin sədr müavini Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Məhkəmənin qərarı ilə M. Tukanov barəsində həbs qətimkan tədbiri seçilib.

 

M. Tukanov paralel olaraq Azərbaycanda fəaliyyəti olmayan Vahid Kommunist Partiyasının sədri vəzifəsini daşıyır.

 

O, rüşvət almaqda  və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Səlcuq Elçin

Oxşar yazılar