Masallı rayonunda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 10-da Masallı rayonunun Xoşçobanlı kəndində yaşayan Atlas Həsənovanın evinə açıq qalmış qapıdan girmiş maskalı şəxs onu bıçaqla hədələyərək pul verməsini tələb edib. Həmin şəxs qadının qulağındakı sırğanı almağa cəhd göstərib və müqavimətlə rastlaşdığından A.Həsənovanın qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Sirac Həsənli tutulub.