Azərbaycanda kütləvi dava: 4 nəfər ağır xəsarətlər alıb
29 avqust 2013 12:36 (UTC +04:00)

Azərbaycanda kütləvi dava: 4 nəfər ağır xəsarətlər alıb

Sumqayıt şəhərində kütləvi dava-dalaş olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 27-də Sumqayıt şəhərində R.Vahabova, N.Əkbərliyə, X.Hüseynova bıçaqlanıb, daha bir nəfər isə vəhşicəsinə döyülüb.

 

3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş və 4 nəfərə ağır bədən xəsarətləri yetirmiş  Sumqayıt şəhər sakinləri Cavid Abdullayev, Fariz Məmmədov və Elçin Hacıyev tutulublar.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3651
avatar

Oxşar yazılar