Göyçay polisi saxta pul hazırlayaraq satan şəxsin tutulması üçün əməliyyat keçirib. Rayon Polis Şöbəsindən Lent.az-a daxil olan məlumata görə, Göyçay şəhərinin Natəvan küçəsində Yevlax rayonunun Qoyunbinəsi kəndinin sakini Zeynalov Mirdamət Nəsib oğlu külli miqdarda saxta əsginası 11 min 850 manata satmaq istəyərkən yaxalanıb. M.Zeynalov külli miqdarda saxta pulu Göyçay sakini Ağamirzə Abışova satarkən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, M.Zeynalov daha əvvəl Göyçay sakininə 25 ədəd 50 manatlıq əsginasları 300 manata, başqa vaxt isə 401 ədəd 50 manatlığı 5 min manata satıb. Onun müxtəlif vaxtlarda 64 ədəd saxta pulu satdığı da məlum olub.
Hazırda saxlanılmış şəxs ətrafında araşdırmalar davam etdirilir. Onun saxta pulları hansı şəraitdə və vasitələrlə hazırlaması müəyyənləşdirilir.