Azərbaycanda iki qadın özünü öldürüb
26 aprel 2013 10:10 (UTC +04:00)

Azərbaycanda iki qadın özünü öldürüb

 

Aprelin 23-də Astara rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Alaşa kənd sakini 15 yaşlı Xəyalə Tağızadə yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

 

Oxşar hadisə Bakı şəhərinin Binəqədi rayonunda da baş verib. Rayon sakini 1950-ci il təvəllüdlü Abdullayeva Svetlana Sabir qızı yaşadığı mənzildə xeyli miqdarda müxtəlif növ dərman həbləri qəbul edib. O ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib və orada ölüb.

 

Hər iki faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2908
avatar

Nizam Rza

Oxşar yazılar