Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları 2 nəfəri yaxalayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini Aynur Hüseynova və Xalidə Xələfova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Hər iki qadının əxlaqsızlıq yuvası təşkil etməsi də məlum olub.
Qadınlar saxlanılıb. Hər iki şəxs ətrafında araşdırmalar davam etdirilir.