Azərbaycanda ər arvadını döyə-döyə öldürdü
08 aprel 2014 10:30 (UTC +04:00)

Azərbaycanda ər arvadını döyə-döyə öldürdü

Azərbaycanda ər həyat yoldaşını qətlə yetirib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 80 ünvanında qeydə alınıb.

 

Həmin ünvanda yaşayan 1947-ci il təvəllüdlü Həbib Vahab oğlu Həbibov ailə münaqişəsi zəminində 1957-ci il təvəllüdlü həyat yoldaşı Nənəxanım Həbibovanı döyüb və başına güldan vuraraq qətlə yetirib. Hadisəni törədən H.Həbibov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

# 1731
avatar

Oxşar yazılar