4 uşaq atası özünü kəndin ortasında öldürdü  - <span style="color:red;">YENİLƏNİB
29 mart 2016 14:48 (UTC +04:00)

4 uşaq atası özünü kəndin ortasında öldürdü - YENİLƏNİB

Tovuz rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Qəribli kənd sakini, 58 yaşlı Hilal Bağırov 4 uşaq atası olub. O, gecə saatlarında yaşadığı evin yaxınlığından keçən çayın üzərində tikilmiş körpüdən özünü asıb. Səhər saat 6-7 radələrində körpüdən keçən kənd sakinləri onun asılı vəziyyətdə qalmış meyitini görüblər və dərhal polisə müraciət ediblər.

 

Bildirilir ki, H.Bağırovun evi kəndin mərkəzində yerləşən körpünün yaxınlığında yerləşir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

*****

 

10:18

 

Tovuz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qəribli kənd sakini, 1958-ci il təvəllüdlü Hilal Bağırov özünü körpüdən asıb. O, hadisə yerindəcə keçinib.

 

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbi araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar