Azərbaycanda daha bir kriminal avtoritet həbs edilib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Daxili İşlər Nazirliyi və Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, kriminal avtoritet Nəriman Kərim oğlu Qurbanəliyev tutulub. Onun üzərindən, yaşadığı evdən və avtomobilindən müxtəlif miqdarda narkotik vasitə və qaz tapançası aşkar edilərək götürülüb.
Qeyd edək ki, N. Qurbanəliyev kriminal aləmdə “Disko Nəriman” adı ilə tanınır. O, son vaxtlar Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayırmış.
Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.