Azərbaycanda baş verən ana və körpə ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
19 yanvar 2017 14:15 (UTC +04:00)

Azərbaycanda baş verən ana və körpə ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB

Ağcabədi rayonunda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin səbəbi məlum olub.

 

Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Qaraşova Təzəgül Əliş qızının ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub.

 

Xəstəxanaya çatdırılan 32 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə 2, 100 qram çəkidə qız uşağı dünyaya gətirib. T. Qaraşova əməliyyatdan sonra vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığı üçün doğulan körpənin Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb.

 

 

Ağcabədi MRX-dan onu da bildiriblər ki, bu, T.Qaraşovanın 3-cü hamiləliyi olub. Bundan əvvəl iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb.

 

 

Qeyd edək ki, hadisə ötən gecə Ağcabədi  Mərkəzi Rayon Xəstəxanasının Doğum evində baş verib.

 

Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı və onun dünyaya gətirdiyi körpə həyatını itirib.

 

 

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

12:58

 

Dünən Ağcabədi rayonunda ana və körpəsinin doğuş vaxtı vəfat etməsi ilə bağlı araşdırma aparılır. Lent.az xəbər verir ki, faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb və ekspertiza təyin edilib. 

 

Xəstəxanadan bildirilib ki, 32 yaşlı Təzəgül Qaraşova həkimlərin rəyi əsasında qeysəriyyə əməliyyatı edilib. Əməliyyatla körpə dünyaya gəlib, lakin qadının halı normallaşmayıb və həkimlərin müdaxiləsinə baxmayaraq o vəfat edib. Bir neçə saat sonra isə körpə də ölüb.

 

Faktla bağlı Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiya və Məhkəmə Tibbi Ekspertiza və Patolooji Anatomiya Birliyi tərəfindən ölümün səbəbləri ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri bəlli olduqdan sonra məlumat veriləcək. 

 

***

11:58

 

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi  Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.

 

 

Faktla bağlı rayon Prokurorluğunda araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Nizam Rza

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21