16 may
1812. Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlanıb. Bu müqaviləyə görə, Türkiyə Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən işğalını təsdiq edib
1894. Peterburq truppasının ifasında Bakıda ilk peşəkar balet tamaşası göstərilib
1920. Nəriman Nərimanov Moskvadan Bakıya gəlib və vağzalda təntənə ilə qarşılanıb
1920. Azərbaycan İnqilab Komitəsi istehsalatda fəhlə nəzarəti haqqında dekret verib
1940. Moskvada Azərbaycan ədəbiyyatı həftəsi başlayıb
1992. Rəhim Qazıyev Milli Şurada çıxışı zamanı respublikada hərbi diktatura yaradılmasını və bütün hakimiyyətin Müdafiə Nazirliyinə verilməsini tələb edib
2009. Almaniyada yaşayan azərbaycanlı Rüstəm İsmayıl Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin qarşısında özünü yandırmağa cəhd edib. Məsələdən APA vasitəsilə xəbər tutan fransız polisi hadisənin qarşısını alıb və İsmayıl xəstəxanaya yerləşdirilib
2011. Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçirilib
2012. Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilib...