Azərbaycanda bu gün
26 aprel 2013 08:00 (UTC +04:00)

Azərbaycanda bu gün

0

26 aprel 

 

1918. Zaqafqaziya Seymi tərəfindən Çxenkelinin başçılığı ilə yeni Zaqafqaziya hökuməti təsis edilib

 

1920. Rusiya Kommunist partiyası Bakı bürosu və Azərbaycan Kommunist Partiyasının birgə iclasında Müsavat hökumətini yıxmaq planı müzakirə edilib

 

1920. Mustafa Kamal Atatürk V.İ.Leninə məktub göndərib. Məktubda deyilir: “...Türkiyə imperialist Ermənistana qarşı hərbi əməliyyatları öz üzərinə götürür və Azərbaycan Cümhuriyyətini Sovet dövləti dairəsinə girməyə məcbur etməyi öhdəsinə alır”    

 

1944. Maldarlığın inkişafına görə Azərbaycan SSR, SSRİ Dövlət Müdafiə Komitəsinin keçici bayrağı ilə təltif edilib

 

1986. Çernobıl AES-də (Ukrayna) qəza baş verib. Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst qalıb. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalıblar

 

1992. Eks-prezident Ayaz Mütəllibovun tərəfdarları Şamaxıda mitinq keçirib. Mitinqdə Mütəllibov özü də iştirak edib

 

1992.  Şuşadakı bütün hərbi qüvvələr ümumi komandanlığa tabe edilib. Lakin bu qərar vəziyyəti dəyişməyib 

 

2012. Bakıda beynəlxalq bank forumu işə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 701

Oxşar yazılar