7 mart
1917. 52 deputatdan ibarət Bakı rayonu Fəhlə Deputatları Soveti tam şəkildə formalaşıb (ilk iclasda menşevik Q.Ayollo sədr, menşevik M.N.Mandelştam katib olub)
1920. Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinin 20 fevral tarixli notasına cavab verib
1921. Azərbaycan İnqilab Komitəsi plenumunda N.Nərimanov Qarabağ məsələsini bu qaydada həll etməyi təklif etdi: "Azərbaycan İnqilab Komitəsi Qarabağ cəbhəsini ləğv etməyi zəruri sayır və Hərbi Komissarlığa əmr verilir ki, bu istiqamətdə tədbirlər görsün”
1926. Aşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində vəfat edib. Aşığın məzarı 20-ci əsrin sonlarında erməni vandalizminin hədəfinə çevrilib
1926. Azərbaycan Yeni türk əlifbası Komitəsi yeni əlifbanı qəbul etmiş respublika və vilayətlərin nümayəndələri ilə birlikdə müşavirə keçirib. Müşavirədə ittifaq miqyasında bu işi tənzimləmək üçün vahid mərkəz yaradılması qərara alınıb
1994. Azərbaycanla Çin arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb...