19 fevral
1861. Çar Rusiyasında təhkimçilik hüququ ləğv edilib
1938. Bakıda SSRİ Ağır Sənaye Xalq komissarı L. M. Koqanoviçin iştirakı ilə neft sənayesi qabaqcıllarının Ümumittifaq müşavirəsi başlayıb. Müşavirə 25 fevralda başa çatıb
1988. İrəvanda ilk “antitürk mitinq” keçirilib
1988. Ermənilərin Qarabağa təcavüzü ilə əlaqədar Bakıda ilk etiraz mitinqi keçirilib
1993. Milli qəhrəman Yusif Mirzəyev Ağdərədə gedən döyüşlərdə həlak olub
1993. Milli qəhrəman Vəzir Sədiyev Kəlbəcərdə gedən döyüşlərdə həlak olub
2004. Erməni zabit Qurgen Markaryanı qətlə yetirməkdə təqsirli bilinən Ramil Səfərov Budapeşt məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. R. Səfərov 2012-ci ilin avqustunda Azərbaycana gətirilib və prezidentin fərmanı ilə azadlığa qovuşub
2010. Azərbaycan milli mədəni irsin qorunmasına dair Qrenada konvensiyasını ratifikasiya edib...