15 yanvar
1919. Erməni hücumlarının qarşısını almaq üçün ADR Nazirlər Şurası Zəngəzur, Cəbrayıl, Şuşa və Cavanşir qəzaları üzrə general-qubernatorluq yaradıb və Xosrov bəy Sultanov qubernator təyin edilib
1920. Əlimərdan bəy Topçubaşov Fransa XİN-ə dəvət edilib. Azərbaycanın de-fakto tanınması barədə Paris sülh konfransının qərarı ona təqdim edilib
1920. Paris sülh konfransının hərbi Şurası Azərbaycan və Gürcüstana hərbi yardım məsələsini müzakirə edib
1920. ADR parlamenti kəndli sahibkarlara xırda kreditlər vermək barədə qərar qəbul edib
1923. Azərbaycan Komsomolunun “Gənc işçi” qəzeti nəşrə başlayıb
1923. Zaqafqaziya MİK və Zaqafqaziya XKS-nin “Yeni fikir” qəzeti Tiflisdə nəşrə başlayıb. Qəzetin nəşri 31 mart 1927-də dayandırılıb
1982. Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılıb
1990. SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV və başqa rayonlarda fövqəladə vəziyyət” elan edib. Azərbaycan SSR Ali Sovetinə respublikanın istənilən rayonunda komendant saatı elan etmək səlahiyyəti verilib
1990. Bakıda 13 yanvarda bir erməninin 2 azərbaycanlını öldürməsi ilə başlayan iğtişaşlar başa çatıb
1997. Azərbaycan Respublikası Kosta-Rika ilə diplomatik əlaqələr qurub
2009. Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti azərbaycanlıların 60 il əvvəl Ermənistandan qovulmasına dair tarixi sənədləri qurumun qış sessiyasında təqdim edib
2009. Ermənistan hökuməti Şuşa şəhərinin erməniləşdirilməsi məqsədi ilə 118 000 dollar vəsait ayırıb
2010. Saat 05.10. Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib...